Məşhur braziliyalı yarımmüdafiəçi Rafinya Alkantara 32 yaşında karyerasını başa vurmaq qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə futbolçu şəxsi "İnstaqram" səhifəsində məlumat verib.
Rafinyanın son klubu Qətərin “Əl-Ərəbi” komandası olub.
Braziliyalı futbolçu “Barselona”nın yetirməsidir, karyerası ərzində həmçinin “Selta”, “İnter”, PSJ və “Real Sosyedad”da çıxış edib. O, 2015-ci ildə Braziliya millisinin heyətində 2 oyunda meydana çıxıb və 1 qol vurub. Yarımmüdafiəçi tez-tez yaşadığı zədələr səbəbindən potensialını tam göstərə bilməyib.
Rafinya 1994-cü il dünya çempionu Mazinyonun oğludur və “Barselona”, “Bayern” və “Liverpul”un sabiq futbolçusu Tyaqo Alkantaranın qardaşıdır.