AZ

Məşhur aktyor evlənməyə QƏRAR VERİB

Ajans.az xəbər verir ki,bu barədə Daily Mail nəşri məlumat yayıb. Mənbənin bildirdiyinə görə, cütlük bu qərarı övladlarını birlikdə böyütmək və ailə qurmaq istəyi ilə verib. Qeyd olunur ki, Kuper bu məsələdə ciddi olduğunu göstərmək üçün Gigi Hadidin anası Yolanda Hadidlə də danışıb. “Bredli Yolandadan Gigiyə evlilik təklifi edə biləcəyini soruşub. O, Gigiyə münasibətinin nə qədər ciddi olduğunu və Nyu-Yorkda onunla güclü bir ailə qurmaq istədiyini göstərmək istəyir”, – deyə nəşrə danışan mənbə bildirib. Məlumata əsasən, aktyor bu planlar barədə Giginin atası Məhəmməd Hadidi də məlumatlandırıb. Bundan başqa, Kuper evlilik niyyətini öz anası Qloriya Kampano ilə də bölüşüb. Bildirilir ki, aktyor anası ilə çox yaxın münasibətdədir və həyatındakı mühüm qərarlar barədə onu daim məlumatlandırır.

Qeyd edək ki, Bredli Kuper və Gigi Hadidin münasibətləri bir müddətdir ictimaiyyətin diqqət mərkəzindədir.

Seçilən
54
Ajans.az

1Mənbələr