AZ

Zelenski: "Biz Kupyanskı nəzarətdə saxlayırıq"

Ukrayna Prezidenti Volodymyr Zelensky müharibəyə son qoymaq üçün sülh planı üzərində işləməyə davam etdiklərini bildirərək, "20 maddəlik bir plan var. Yəqin ki, mükəmməl deyil, amma bir plan mövcuddur" dedi.

Turkustan.az xəbər verir ki, Ukrayna Diplomatik Xidməti Günü münasibətilə Kiyevdə Xarici İşlər Nazirliyində keçirilən tədbirdə çıxış edən Zelenski müharibədən zərər çəkmiş ölkəyə xidmətlərinə görə ukraynalı diplomatlara təşəkkür edib və ölkəsinin hazırda qlobal dəstək aldığını bildirib.

Zelenski bildirib ki, "Ukrayna uzun tarixində ilk dəfə olaraq demək olar ki, bütün dünyanı birləşdirə bilib".

Zelenski ABŞ-ın müharibəyə son qoymaq üçün ötən ay hazırladığı sülh planı ilə bağlı danışıqların davam etdiyini bildirib və əlavə edib ki, "bu müharibəyə son qoymaq üçün məhsuldar və mənalı danışıqlar prosesində olmağımız çox vacibdir və bu, ilk növbədə strateji tərəfdaşımız Amerika ilə müzakirələrdir".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
76
1
turkustan.az

2Mənbələr