AZ

Tramp bu ölkələrdəki səfirləri geri çağırır - SİYAHI

Donald Trampın administrasiyası ABŞ-nin təxminən 30 ölkədəki səfirini və yüksək vəzifəli diplomatlarını geri çağırmaq qərarına gəlib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Assosciated Press” məlumat yayıb. 

Agentlik qeyd edir ki, Tramp bu addımı ilə xaricdə onun “Hər şeydən öncə Amerika” şüarı kimi tanınan siyasi prioritetlərini tam dəstəkləyən diplomatlara sahib olmaq istəyir. Yəni ABŞ xarici siyasətini dəyişir və xərcləri kəskin şəkildə azaldır. 

“Associated Press”ə açıqlama verən mənbələr həmçinin bildirib ki, diplomatlar istəsələr, Vaşinqtona qayıtdıqdan sonra digər diplomatik vəzifələri tuta bilərlər.

Dövlət Departamenti xəbərlə bağlı şərh verməkdən imtina edərək, yalnız dəyişikliklərin istənilən administrasiyada normal prosesin bir hissəsi olduğunu bildirib.

Dövlət Departamenti qeyd edib ki, səfir prezidentin şəxsi nümayəndəsidir. Ona görə də prezidentin bu ölkələrdə “Hər şeydən öncə Amerika” siyasət proqramını davam etdirən insanların olduğuna əmin olmaq hüququ var.

Ən çox diplomatik kadr dəyişikliyi Afrikada, xüsusilə Burundi, Kamerun, Kabo-Verde, Qabon, Kot-d'İvuar, Madaqaskar, Mavrikiy, Niger, Nigeriya, Ruanda, Seneqal, Somali və Uqandada baş verəcək.

Asiyada diplomatik dəyişikliklər altı ölkədə-Fici, Laos, Marşal Adaları, Papua Yeni Qvineya, Filippin və Vyetnamda olacaq.

“Associated Press”-in məlumatına görə, Avropa regionunda Ermənistan, Makedoniya, Monteneqro və Slovakiyada, Yaxın Şərqdə isə Əlcəzair və Misirdə dəyişikliklər baş verəcək.

Ermənistana gəlməzdən əvvəl səfir Kuinn (2020-2022) ABŞ-nin Ukraynadakı müvəqqəti işlər vəkili vəzifəsində çalışıb.

Seçilən
38
cebheinfo.az

1Mənbələr