AZ

Naxçıvanda “Dövlət qurumları İnformasiya Təhlükəsizliyi üzrə rəhbərlərinin VII Zirvə Toplantısı” keçirilib (FOTO)

Bakı.Trend:

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətitərəfindən dövlət qurumlarında informasiya təhlükəsizliyi sahəsindəkoordinasiyanın gücləndirilməsi, aktual risklərin və stratejiyanaşmaların müzakirəsi məqsədilə “Dövlət qurumları İnformasiyaTəhlükəsizliyi üzrə rəhbərlərinin VII Zirvə Toplantısı” təşkilolunub. Zirvə Toplantısı Naxçıvan Muxtar Respublikasında keçirilibvə tədbirdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarınınrəhbərləri və informasiya təhlükəsizliyi üzrə məsul rəhbər şəxsləriiştirak ediblər.

Trend xəbərverir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya TəhlükəsizliyiDövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, tədbirdən əvvəl, Naxçıvan Muxtar RespublikasındaAzərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsiCeyhun Cəlilov və Azərbaycan Respublikası Xüsusi Rabitə vəİnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisigeneral-leytenant İlqar Musayev Ümummilli Lider Heydər ƏliyevinNaxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət ediblər.

Daha sona, “Dövlət qurumları İnformasiya Təhlükəsizliyi üzrərəhbərlərinin VII Zirvə Toplantısı”öz işinə başlayıb.Tədbirisalamlama nitqi ilə açan Naxçıvan Muxtar Respublikasında AzərbaycanRespublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovinformasiya təhlükəsizliyinin dövlət idarəçiliyində artan rolunuvurğulayaraq qeyd edib ki, rəqəmsal mühitdə dövlət informasiyaehtiyatlarının qorunması milli təhlükəsizliyin mühüm tərkibhissəsidir. O, bu sahədə sistemli yanaşmanın və institusionaləməkdaşlığın əhəmiyyətini iştirakçılarının diqqətinə çatdırıb.

Zirvə Toplantısında açılış nitq ilə çıxış edən Xüsusi Rabitə vəİnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisigeneral-leytenant İlqar Musayev bildirib ki, kibertəhdidlərindinamik inkişafı informasiya təhlükəsizliyinə yanaşmada yeni metodvə mexanizmlərin tətbiqini zəruri edir. Xidmət rəisi qeyd edib ki,dövlət qurumlarında informasiya təhlükəsizliyinin təmin edilməsiistiqamətində əsas hədəf qabaqlayıcı müdafiə prinsiplərinəəsaslanan, dayanıqlı və koordinasiyalı təhlükəsizlik mühitininformalaşdırılmasıdır. İlqar Musayev bu sahədə vahid siyasətin,peşəkar kadr potensialının və müasir texnoloji həllərinəhəmiyyətini xüsusi vurğulayıb. Eləcə də, İ.Musayev Xidməttərəfindən Naxçıvan Muxtar Respublikasında görülən işlər barədəətrfalı statistik məlumatlar verib.

Daha sonra Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf vənəqliyyat nazirinin müavini Azər Məmmədrəhimov çıxış edərək MuxtarRespublikada rəqəmsal transformasiya prosesləri ilə paralel olaraqinformasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülənişlər barədə məlumat verib. O, dövlət qurumlarının informasiyasistemlərinin təhlükəsizlik tələblərinə uyğunlaşdırılmasınındavamlı inkişaf üçün əsas şərtlərdən biri olduğunu qeyd edib.

Tədbirin davamında Xüsusi Rabitə və İnformasiya TəhlükəsizliyiDövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov “Dövlətqurumlarında informasiya təhlükəsizliyinin mövcud vəziyyəti iləbağlı statistik göstəricilər, Naxçıvan Muxtar Respublikasındagörülmüş işlər, yeniliklər və planlar” mövzusunda məruzə ilə çıxışedib. Məruzədə dövlət informasiya resurslarının qorunması sahəsindəcari vəziyyət, aşkar olunan əsas risklər, onların aradanqaldırılması istiqamətində həyata keçirilən tədbirlər, eləcə dəNaxçıvan Muxtar Respublikasında informasiya təhlükəsizliyiinfrastrukturunun gücləndirilməsi üzrə atılmış addımlar tədbiriştirakçılarının diqqətinə çatdırılıb. Eyni zamanda, qarşıdakı dövrüçün prioritet istiqamətlər təqdim olunub.

Daha sonra, informasiya təhlükəsizliyi sahəsində mövcudçağırışlar, yeni texnoloji tendensiyalar və dövlət qurumlarınınqarşılaşdığı problemlər ətrafında fikir mübadiləsi aparılıb. Qeydedilib ki, bu formatda keçirilən Zirvə Toplantıları dövlətqurumları arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə, vahidyanaşmaların formalaşdırılmasına və informasiya təhlükəsizliyisahəsində dayanıqlı sistemin qurulmasına mühüm töhfə verir.

Naxçıvanda
Naxçıvanda
Naxçıvanda
Naxçıvanda
Naxçıvanda
Seçilən
71
5
az.trend.az

10Mənbələr