AZ

Azərbaycan QHT-ləri ABŞ-nin Lemkin İnstitutunu üzr istəməyə çağırır

Bakı.Trend:

Azərbaycan QHT-lərinin çətir təşkilatı olan, sıralarındayüzlərlə ictimai təsisatı birləşdirən Azərbaycan Milli QHT ForumuABŞ-nin Lemkin İnstitutunun Ruben Vardanyan daxil olmaqla, müharibəcinayətlərində ittiham olunan erməni əsilli şəxslərin azadlığaburaxılmasına dair çağırışını pisləyən "Açıq Məktub"la çıxışedib.

Trend xəbərverir ki, "Açıq Məktub"da Lemkin İnstitutunun ABŞ Prezidenti DonaldTrampın Cənubi Qafqazda sülh missiyasına xələl gətirmək cəhdləritəxribat kimi dəyərləndirilir. O da qeyd olunur ki, Lyusi Mirzoyankimi etnik və dini bölücülük salan şəxslərin idarəçiliyində yeraldığı Lemkin İnstitutu Ermənistandakı revanşist qrupun maraqlarınıifadə edir, Azərbaycan və Ermənistan arasında sülh gündəliyinisarsıtmağa çalışır. İfşa xarakterli "Açıq Məktub"da xüsusivurğulanır ki, İnstitutun adını daşıdığı Rafael Lemkinin özailəsinin belə bu addan sui-istifadəyə görə açıq tənqidlərinə məruzqalan Lemkin İnstitutu Ermənistanda da birmənalı qarşılanmır.Məsələn, Ermənistanın Zoryan İnstitutu bu təsisatın əsassızmövqeyini dəfələrlə açıq şəkildə sorğulayıb.

Azərbaycan Milli QHT Forumu hesab edir ki, Xocalı soyqırımı kimikütləvi qırğınlara göz yuman Lemkin İnstitutunun müharibəcinayətlərində ittiham olunan erməni əsilli şəxsləri azad etməyəçağırması ilk növbədə təşkilatın elan etdiyi missiyayaxəyanətdir.

Azərbaycan Milli QHT Forumu Lemkin İnstitutunu məsuliyyətlidavranmağa, Azərbaycan ictimaiyyətə üzr istəməyə dəvət edib.

Lemkin İnstitutu "Açıq Məktub"da göstərilən faktlara cavabverməyib.

Məqalədə:
Seçilən
71
16
az.trend.az

10Mənbələr