AZ

Oyun kralı qəzada həlak olub

Reyting.az saytından alınan məlumata görə, ain.az bildirir.

Çoxsaylı məşhur video oyunlar tərtibatçısı, gənclərin "virtual aləmlərin kralı" və "super oyun kralı" adlandırdıqları istedadlı tərtibatçı, mühəndis, rəssam, süjet müəllifi Vins Zampella Kaliforniyada yol qəzasında həlak olub.

Reyting.az xəbər verir ki, bu barədə məlumatı NBC telekanalı yayıb.

55 yaşlı Vins Zampellanın Los-Ancelesin şimalındakı San-Qabriel adlı dağ silsiləsində qəzaya düşdüyü bildirilir.

Məlumata görə, Vinsin də olduğu avtomobil naməlum səbəbdən yoldan çıxaraq zərblə beton maneəyə çırpılıb. Sərnişin Vins Zampella avtomobildən çölə düşüb, sükan arxasında olan şəxs isə alovlanan maşında sıxılıb qalıb və hər iki şəxs hadisə yerində həyatını itirib.

Vins Zampella "Call of Duty" filminin və bu ekran əsəri əsasında oyun yaradan "Infinity Ward" studiyasının keçmiş rəhbəri olub. O, "Titanfall", "Apex Legends", "Star Wars Jedi: Fallen Order" kimi məşhur oyunlarla demək olar ki, bütün dünyada tanınmış "Respawn Entertainment" şirkətinin yaradıcılarından biri olub.

Zampella həm də xüsusi müqavilə əsasında uzun müddət ərzində "Electronic Arts DICE" studiyasına rəhbərlik edib. O, ABŞ-da, həmçinin bir çox ölkələrdə tanınıb sevilən, eyni zamanda silsilənin ən maraqlı hissəsi hesab edilən "Battlefield 6" adlanan oyunun əsas ideya müəllifi kimi həm də bu məşhur video oyunun hazırlanmasında yaxından iştirak edib.

Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
reyting.az

1Mənbələr