AZ

Fransanın milli poçt sistemi kiberhücuma məruz qalıb

Fransanın milli poçt xidməti “La Poste və onun bankçılıq xidməti kiberhücuma məruz qalıb.

APA xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Məlumata görə, bu, ilin ən gərgin dövründə poçt çatdırılmasında ciddi pozuntulara və onlayn ödənişlərin həyata keçirilməsində çətinliklərə səbəb olub.

Şirkətdən bildiriblər ki, hücum nəticəsində “onlayn xidmətləri əlçatmaz olub”.

Qeyd edilib ki, müştəri məlumatları təhlükəsizdir, lakin poçt və paketlərin çatdırılması gecikib.

Bildirilir ki, poçt xidməti Milad öncəsi 2 milyondan çox paketi sortlayır və çatdırır.

Qeyd edək ki, bu hadisə Fransanın Daxili İşlər Nazirliyinin kiberhücumla hədəf alınmasından yalnız bir həftə sonra baş verib. O zaman oğurlanan gizli polis məlumatları ilə bağlı bir şübhəli haker həbs olunub.

Seçilən
30
2
apa.az

3Mənbələr