AZ

Moyze Kin Paris yolunda

“Fiorentina”nın hücumçusu Moyze Kin karyerasını Fransa çempionatında davam etdirə bilər.

Msport.az xəbər verir ki, “Paris” italiyalı forvardı transfer etmək istəyir.

Paytaxt klubu Kini gələn yay heyətinə qatmağı planlaşdırır. “Paris” 25 yaşlı futbolçu üçün onun müqavilöəsində yer alan 62 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

Qeyd edək ki, İtaliya millisinin üzvü olan Moyze Kin bu mövsüm “Fiorentina”nın heyətində meydana çıxdığı 20 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
32
msport.az

1Mənbələr