“Qarabağ” Belçikanın II liqa təmsilçisi “Lyej”in hücumçusu Umar Diufu transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu 22 yaşlı forvard üçün 1,2 milyon avro təklif etsə də, qarşı tərəf bunu qəbul etməyib. “Lyej” seneqallı futbolçuya görə 1,5 milyon avro tələb edir.
Bildirilib ki, Umar Diufla Belçikanın “Gent”, “Sint-Truiden”, OHL və “Serkl Brügge” klubları, həmçinin “Qarabağ”, Kiprin “Pafos”u və İngiltərə Çempionşipindən bir klub maraqlanır.
22 yaşlı hücumçu bu mövsüm 18 oyunda 8 qol və 2 assistlə fərqlənib, onun “Lyej”lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.