AZ

Almaniyanın yeni kəşfiyyat rəisi rusiyalı həmkarı ilə telefon danışığı aparıb

Almaniya Federal Kəşfiyyat Xidmətinin yeni prezidenti Martin Eqer ötən həftə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin ilə telefon danışığı aparıb.

Herbiand.az bildirir ki, bu barədə WDR Investigativ xəbər verir.

“Eksklüziv: Əldə etdiyimiz məlumata görə, Almaniya Federal Kəşfiyyat Xidmətinin yeni prezidenti Martin Eqer ötən həftə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin ilə telefon danışığı aparıb. Bu, Almaniya və Rusiya agentlikləri arasında nadir hallarda rast gəlinən birbaşa əlaqədir”, - WDR Investigativ-in X sosial media hesabında dərc olunmuş açıqlamasında bildirilir.

Qeyd edilib ki, söhbətin məzmunu məlum deyil: “Federal Kəşfiyyat Xidməti bir qayda olaraq, kəşfiyyat fəaliyyəti ilə əlaqəli ola biləcək məsələlərə açıq şəkildə şərh vermir”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
48
herbiand.az

1Mənbələr