AZ

İlkin Süleymanovla bağlı qərar verildi

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, şikayət təmin olunmayıb.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlkin Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Gəncə Apellyasiya Məhkəmələrinin qərarı ilə onun vəkilləri tərəfindən verilən apellyasiya şikayəti təmin olunmayıb.

Seçilən
26
1
publika.az

10Mənbələr