AZ

Mərkəzi Asiya həm böyük resururslara, həm də ucuz işçi qüvvəsinə malikdir



Mərkəzi Asiya həm böyük resururslara, həm də ucuz işçi qüvvəsinə malikdir. Aİ-Mərkəzi Asiya Sammitində bölgənin iqtisadi infrastruktur və texnoloji layihələrinə milyardlarla dollar vəsait qoyuluşu razılaşdırılıb. Ardınca D.Trampın təşəbbüsü ilə Vaşinqtonda 5+1 formatında liderlərlə zirvə görüşü baş tutdu. Birləşmiş Ştatlar da regiona böyük maraq göstərir.

Newscenter.az xəbər verir ki, bunları politoloq Əli Orucov son vaxtlar Mərkəzi Asiyaya olan beynəlxalq marağı xarakterizə edərkən səsləndirib. Onun sözlərinə görə, maraqlı məqamlardan biri də ondan ibarətdir ki, bu qlobal oyunçulardan başqa Azərbaycan da bu bölgədə xeyli aktivləşib:

"Regionun qərb bazarlarına çıxışı məhz Azərbaycan üzərindən olduğundan Bakının da böyük avantajları var. Rusiya Ukrayna ilə bağlı istəyini ala bilsə üzünü Mərkəzi Asiyaya çevirəcək və müasir texnalogiya, innovativ tətbiqlərlə, pulla deyil, həmişəki kimi hərbi gücdən, təfriqələrdən istifadə edərək mübarizəyə girişəcək. Bu isə qeyri-sabitliyə gətirə bilər. Bunu regionun liderləri də anladığıdan təhlükəsiz məsələlərinə də önəm verirlər. Çoxvektorlu xarici və ehtiyatlı siyasət yürüdürlər".

Süleyman
Seçilən
58
1
newscenter.az

2Mənbələr