AZ

Azərbaycandan BƏƏ-yə süd, yumurta, bal, balıq və ət məhsullarının ixracı müzakirə olunub

Bakı, 23 dekabr, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib.

Görüşdə “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyi arasında heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu layihəsi müzakirə olunub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Azərbaycandan BƏƏ-yə süd, yumurta, bal, balıq və ət məhsullarının ixracı üzrə sertifikatların razılaşdırıldığı və qeyd olunan məhsulların ixracının mümkün olduğu vurğulanıb.

Eyni zamanda, ixracpotensiallı məhsulların, xüsusilə diri heyvan və ət məhsullarının ixracı məsələləri diqqət mərkəzində saxlanılıb. BƏƏ-nin təsdiq sisteminin ekvivalentliyinin tanınması və diri heyvanların ixracı üzrə baytarlıq sertifikatlarının razılaşdırılması barədə geniş fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Seçilən
36
5
azertag.az

6Mənbələr