AZ

Mindiç tapılıb Özünü günahkar saymır, ancaq...

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ukraynada Prezident Volodimir Zelenskinin reputasiyasına ağır zərbə vuran, Prezident Ofisi başçısı Andrey Yermak və bir neçə nazirin istefasına səbəb olan məlum korrupsiya qalmaqalının mərkəzi siması - iş adamı Timur Mindiç tapılıb.

“AzPolitika” xəbər verir ki, enerji sektorunda korrupsiyada şübhəli bilinən və sanksiyalara məruz qalan iş adamı Timur Mindiç "Ukrainska Pravda" qəzetinin jurnalistinə verdiyi müsahibədə Ukraynaya qayıtmaq niyyətində olmadığını və ona qarşı aparılan istintaqı "manipulyasiya" hesab etdiyini bildirib.

İsraildə Mindiçi tapıb onunla danışan "Ukrainska Pravda" qəzetinin jurnalisti Mixail Tkaç bildirib ki, iş adamı ilə söhbəti onun İsraildən Ukraynaya qayıtmağa və ifadə verməyə hazır olmadığını göstərir. 

"Xülasə, cənab Mindiç Ukraynaya qayıtmağa hazır deyil. O, bu işdəki digər təqsirləndirilən şəxs kimi İsraildə qalacaq. İsrail vətəndaşlığına sahib olmaq çox rahatdır", - deyə jurnalist qeyd edib.

Jurnalistlə söhbətində Mindiç ona qarşı irəli sürülən ittihamları "manipulyasiya" adlandırıb.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
azpolitika.info

1Mənbələr