AZ

ABŞ-də xarici dronlar qadağan olunub

AzVision.az xəbər verir ki, ABŞ-nin rabitə üzrə Federal Komissiyasının yaydığı məlumatda belə deyilir.

“Digər ölkələrdə istehsal olunan PUA-lar və onlar üçün komponentlər ABŞ-nin milli təhlükəsizliyinə və Amaerika vətəndaşlarının təhlükəsizliyinəqəbuledilməz təhdid yaradır.
Belə cihazlar Komissiyadan icazə ala bilməyəcək, onlardanBirləşmiş Ştatlarda istifadə və ya satış məqsədilə onların idxalı qadağan ediləcək”,
- xəbərdarlıqda vurğulanır.

Sənəddə qeyd olunur ki, komissiya xarici dronları və onlar üçün ehtiyat hissələrini milli təhlükəsizliyə təhlükə yaradan kommunikasiya texnologiyaları siyahısına əlavə edib (Covered List - Qapalı Siyahı).

Pentaqon və ABŞ-nin Daxili Təhlükəsizlik nazirliyi tərəfindən ayrıca təsdiqlənəcək cihazlar və ehtiyat hissələrinin idxalı üçün istisnalar ediləcək.

- Əlavə təhlükəsizlik tədbirləri ABŞ-nin 2026-cı il futbol üzrə Dünya çempionatı və 2028-ci il Yay Olimpiya Oyunları da daxil olmaqla, gələcək illərdə böyük tədbirlərə ev sahibliyi edəcəyi ilə bağlıdır. Bu, həmçinin Amerikada dron istehsalını gücləndirmək məqsədi daşıyır”,- ABŞ-nin rabitə üzrə Federal Komissiyası diqqətə çatdırıb.

Qurum bildirib ki, xarici PUA-ların və onların ehtiyat hissələrinin qadağa qoyulmuş texnologiyalar siyahısına daxil edilməsi əvvəllər alınmış cihazlara şamil olunmayacaq.

“The New York Times (NYT)” nəşrinin məlumatına görə, yeni tədbir qlobal bazar üçün bu cür cihazların əksəriyyətini istehsal edən Çinin “DJI” şirkətinin kopterlərinə təsir edəcək. ABŞ-də qeydiyyatdan keçmiş dron operatorlarının əksəriyyəti tarlaları gübrələmək, tikinti sahələrinə nəzarət etmək və infrastrukturu yoxlamaq üçün “DJI” avadanlıqlarından istifadə edir.

“Hakimiyyət fövqəladə hallar xidmətlərini pozmamaq üçün artıq satılan dronların istifadəsini qadağan etməmək qərarına gəlib:polis və xilasedicilər onlardan cinayətkarları, itmiş turistləri və itkin düşən uşaqları axtarmaq üçün istifadə edirlər”,- qəzet sözügedən sahə üzrə ekspertlərdən birinin açıqlamasından sitat gətirir.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
74
2
azvision.az

3Mənbələr