AZ

Aya enişi planlaşdırırlar

ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nın kosmik proqramında əsas prioritet "Artemida" Ay missiyalarını sürətləndirmək və bürokratik əngəlləri azaltmaqdır.

Reyting.az xəbər verir ki, bunu ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) yeni rəhbəri Cared Ayzekman deyib.

NASA rəhbəri vurğulayıb ki, Çinlə rəqabət əsas çağırışdır.

Ayzekman kommersiya-beynəlxalq tərəfdaşlarla ABŞ tərəfindən əməkdaşlığın genişləndirilməsi və bunun vacibliyi barədə də danışıb.

Onun sözlərinə görə, ən yaxın, həm də real görünən hədəf "Artemida II"-nin 2026-cı ilin fevralında buraxılmasıdır, Aya enişlə bağlı görüləcək işlər isə 2028-ci ilə planlaşdırılır.

Ayzekman ABŞ prezidenti Donald Trampın ünvanına təriflər yağdırmağı da unutmayıb.

Ayzekman deyib ki, prezident Trampın 2028-ci ilə qədər Aya eniş və 2030-cu ilə qədər Ay bazasının ilk elementlərinin yaradılmasını nəzərdə tutan fərmanı ABŞ-nın kosmik siyasəti üçün çox mühüm addımdır.

Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
reyting.az

1Mənbələr