Ukraynalı mütəxəssis Roman Qriqorçuk “Neftçi”dəki fəaliyyətini və komandanın yeni baş məşqçisi Yuri Vernidubun təyinatını dəyərləndirib.
İdmanxeber.az xəbər verir ki, o, bu barədə sport.ua saytına açıqlama verib.
Qriqorçuk bildirib ki, klubda hər şey normal olsa da, əsas problem nəticələrin olmaması idi:
“Neftçi” böyük brenddir və burada uğursuzluğa səbrlə yanaşılmır. Komanda yüksək yerlərdə olmayanda və avrokuboklara vəsiqə qazanmayanda dərhal yeni məşqçi axtarılır”.
O, klub rəhbərliyi ilə münasibətlərinin hər zaman yaxşı olduğunu vurğulayıb. Qriqorçuk həmçinin Yuri Verniduba uğurlar arzulayaraq, “Qarabağ”la rəqabətin çətin olacağını, lakin “Neftçi”nin əsas məqsədinin çempionluq olduğunu qeyd edib.