AZ

FHN-in təşəbbüsü ilə müşavirələr keçirilib- FOTOLAR

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Bakı şəhərinin Yasamal, Binəqədi, Qaradağ, Xəzər və Pirallahı Rayon İcra hakimiyyətlərində “2025-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib.

QHT.az xəbər verir ki, tədbirlərdə FHN Bakı Regional Mərkəzinin, adı çəkilən icra hakimiyyətlərinin, eyni zamanda yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələri, aidiyyəti dövlət təşkilatlarının məsul şəxsləri iştirak ediblər.

Müşavirələrin keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi olub.

Tədbirlərdə çıxış edən Regional Mərkəzin və icra hakimiyyətlərinin məsul şəxsləri tədbirin əhəmiyyətindən danışıb, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Daha sonra Bakıl Regional Mərkəzinin əməkdaşları mülki müdafiə sahəsində görülmüş işlərdən bəhs edib, mülki müdafiə obyektlərində keçirilmiş monitorinqlərin nəticələri haqqında müşavirə iştirakçılarına məlumat veriblər. Həmçinin, qeyd olunub ki, cari ilin təqvim planına uyğun olaraq idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.

Müşavirələrdə qarşıdan duran vəzifələr müzakirə olunub, suallar cavablandırılıb.

Seçilən
105
16
qht.az

10Mənbələr