AZ

Bu, Mehdinin zühurunun əlamətidir – İranlı deputatdan qəribə sözlər

BAKI, 23 dekabr. TELEQRAF

İsrail 12 günlük müharibə zamanı bir neçə dəfə İranın Ali dini rəhbəri Əli Xameneini öldürməyə cəhd eləsə də, xalqın duaları və sədəqələri səbəbindən bu baş verməyib.

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin deputatı Məhəmməd Mənnan Rəisi Teleqram kanalında ölümə yaxın təcrübə yaşadığını iddia edən və “gələcək barədə açıqlamalar” verən bir şəxsə istinadla yazıb.

Deputat həmin şəxsdən sitat gətirərək əlavə edib ki, İsraillə qarşıdurma yenidən başlayacaq və bu dəfə müharibə daha ağır və daha şiddətli olacaq:

“Hava müharibəsindən əlavə, İsrail quru yolu ilə də ölkəyə daxil olacaq, amma nəticədə onlara qarşı elə bir qırğın törədiləcək ki, iranlılar onları təqib edərək Qüdsə daxil olacaqlar”.

Mənnan Rəisi yenə həmin şəxsin sözlərinə istinadla yazıb ki, o, “ABŞ-nin çöküşü”nü görüb və qlobal qarışıqlığı “Mehdinin zühurun əlaməti” hesab edir.

Seçilən
116
2
teleqraf.com

3Mənbələr