AZ

“Araz-Naxçıvan” Elmar Baxşıyevlə bağlı qərar verdi

Misli Premyer Liqasında baş məşqçi istefası gerçəkləşib.

İdman.Biz xəbər verir ki, “Araz-Naxçıvan” rəhbərliyi Elmar Baxşıyevlə yolları ayırıb.

Belə ki, bu gün klubdaxili iclas keçirilib. Mövsümün birinci yarısında göstərilən nəticələr ürəkaçan olmadığı üçün təcrübəli mütəxəssislə müqaviləyə xitam verilib.

Məlumat üçün əlavə edək ki, E.Baxşıyevin Naxçıvan təmsilçisi ilə anlaşması 2026-cı ilin yayına qədər idi.

İdman.Biz
Seçilən
75
idman.biz

1Mənbələr