AZ

Yəmən Hökuməti və Husilər 3000 məhbusun mübadiləsi üzrə razılaşıb

Xalqcebhesi saytına istinadən ain.az xəbər verir.

Beynəlxalq səviyyədə tanınmış Yəmən hökumətinin və üsyançı Ənsar Allah hərəkatının (Husilər) nümayəndələri 2900 məhbusun mübadiləsi barədə razılığa gəliblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Əl-Hadath" televiziyası mənbələrə istinadən məlumat yayıb.

Səudiyyə Ərəbistanının mənbələri qeyd edib ki, "Yəmən hökuməti ilə Husilər arasında əsir mübadiləsi barədə razılıq BMT və Omanın vasitəçiliyi ilə Maskatda əldə edilib". Onların məlumatına görə, razılaşma respublika hakimiyyətinin hərəkatın 1700 tərəfdarını azad edəcəyini nəzərdə tutur.

Öz növbəsində, husilər 1200 nəfəri hökumətə təhvil verəcəklər.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
1
icma.az

2Mənbələr