AZ

''Samsunspor''un ulduzu ''Fənərbaxça''ya keçir?

PSV-dən Coui Veermanın keçidini tamamlamaq üzrə olan ''Fənərbaxça'' ilə bağlı yeni transfer iddiası ortaya atılıb.

Yağız Sabuncuoğlunun xəbərinə görə İstanbul nəhəngi ''Samsunspor''un yarımmüdafiəçisi Antoni Musabanın menecerini danışıqlar üçün İstanbula dəvət edib. Bu futbolçunun müqaviləsində sərbəstqalma maddəsi var. Bu məbləğ xarici klublar üçün 5 milyon avro, Türkiyə klubları üçün 6 milyon avroya bərabərdi.

Şayiələrə inansaq, ''Fənər'' bu məbləği ödəməyə hazırdı. Amma ''Samsunspor'' rəsmiləri bu xəbəri təkzib ediblər. Klubun başqan vəkili Veysəl Bilen bunları deyib:
''Hərə bir şey söyləyir. Çox güman, bu sadəcə menecerin bir oyunudu. İndiyə qədər ''Fənər''dən heç kim bizimlə əlaqə saxlamayıb. Birbaşa federasiya ilə əlaqə saxlayıblarsa, bundan məlumatımız yoxdu. Musaba bizimlə müqaviləsi davam edən peşəkar futbolçumuzdu. Bəli, müqaviləsində sərbəstqalma maddəsi var. ''Fənər''in bundan yararlanıb-yararlanmayacağını bilmirəm. Mətbuat çox şey yaza bilər. ''Fənər''dən də gündə bir futbolçunu bizə ''yollayırlar''. Adətən belə məsələlər ya menecerin oyunu olur, ya da futbolçu özünü ön plana çıxarmaq istəyir. İndiyə qədər nə Musabadan ayrılmaq istəməsinə dair bir tələb gəlib, nə meneceri bizə bir söz deyib, nə də ''Fənər'' bizimlə əlaqə saxlayıb''.
25 yaşlı niderlandlı vinger mövsümün əvvəlində çempionşip təmsilçisi ''Şeffild Uensdey''dən transfer olunub. Qısa müddətdə öz oyunu və driblinqləri ilə diqqət çəkməyi bacaran Musaba bu mövsüm ''Samsunspor''un heyətində 22 rəsmi oyunda 6 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.
Seçilən
29
1
football-plus.az

2Mənbələr