AZ

Ədalət Muradov deputata məxsus olduğu bildirilən şirkətdən İT infrastrukturu ilə bağlı 1.7 milyonluq mallar və xidmətlər alacaq

Ədalət Muradovun rektor olduğu “Azərbaycan Dövlət İqtisad Universiteti” publik hüquqi şəxsi İT infrastrukturu ilə bağlı malların və xidmətlərin satınalınmasına 1 690 948 AZN sərf edəcək.

 

Pravda.az-ın xəbərinə görə, xidməti “Ultra Technologies” MMC həyata keçirəcək.

 

Universitet və MMC arasında müqavilə bağlanıb.

 

Mediada şirkətin deputat Tahir Mirkişiliyə məxsus olduğu bildirilsə də, MMC-nin qanuni təmsilçisi Məhəmməd Zülfüqar oğlu Zülfüqarlıdır.

 

Cabir

Tarix: 23 Dekabr 2025, 16:43   
Seçilən
22
pravda.az

1Mənbələr