AZ

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olunub

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 23 dekabr, AZƏRTAC

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Səməd Vurğunun ev-muzeyində Yusif Səmədoğluna həsr olunmuş tədbir keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə ədəbiyyat və elm xadimləri, eləcə də mədəniyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər Yusif Səmədoğlunun Azərbaycan ədəbiyyatında müstəqil düşüncəsi, dərin fəlsəfi baxışı və cəsarətli yaradıcılığı ilə seçilən sənətkar olduğunu vurğulayıblar. Qeyd edilib ki, onun əsərləri milli-mənəvi dəyərlərə söykənən, insanın daxili aləmini ustalıqla əks etdirən qiymətli ədəbi irs olmaqla yanaşı, bu gün də aktuallığını qoruyur və gələcək nəsillər üçün mühüm ədəbi məktəbdir.

Tədbir bədii proqramla davam edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
1
azertag.az

2Mənbələr