AZ

İngiltərədə xərçəngkimilərin qaynar suda bişirilməsi qadağan ediləcək

Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.

Leyborist hökumətinin bu təşəbbüsü mühafizəkarlar tərəfindən 2022-ci ildə qəbul edilmiş qanuna əsaslanır

İngiltərədə canlı lobsterlərin suda qaynadılmasının qadağan edilməsi planlaşdırılır. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın Ətraf Mühit, Ərzaq və Kənd Təsərrüfatı Nazirliyinin yeni strategiyasında qeyd edilib.

Sənəddə vurğulanıb ki, diri-diri qaynatmaq onayaqlı xərçəngkimilərin və əlaqəli növlərin öldürülməsinin qəbuledilməz bir üsuludur. Onayaqlılar xərçəngkimilər, tikanlı xərçəngkimilər də daxil olmaqla xeyli sayda növü əhatə edən ali xərçəngkimilər dəstəsidir.

Leyborist hökumətinin bu təşəbbüsü mühafizəkarlar tərəfindən 2022-ci ildə qəbul edilmiş qanuna əsaslanır. Qanun lobsterlər, ahtapotlar və xərçənglər kimi onurğasızların digər heyvanlar kimi həssas və ağrı hiss etməyə qadir olduğunu qəbul edir.

Yeni qanunun qüvvəyə minməsi ilə Böyük Britaniya bu təcrübəni artıq qadağan edən bir neçə ölkəyə, o cümlədən İsveçrə, Norveç və Yeni Zelandiyaya qoşulacaq. Yeni qaydalara əsasən, canlı lobsterlər hazırlanmadan əvvəl dondurulmalı və ya elektrik enerjisi ilə şoka salınmalıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
54
ayna.az

1Mənbələr