AZ

Ukraynada enerji istehsalı məhdudlaşdırıldı – SƏBƏB BUDUR

Ukraynanın bütün atom elektrik stansiyaları, “Rivne”, “Xmelnitski” və Cənubi Ukrayna AES-ləri Rusiyanın ölkənin enerji sisteminə endirdiyi kütləvi hücumun nəticələri səbəbindən elektrik enerjisi istehsalını məcburi şəkildə azaldıb.

KONKRET.az xəbər verir ki, bu barədə brifinqdə Ukraynanın energetika naziri vəzifəsini icra edən Artyom Nekrasov məlumat verib.

Onun sözlərinə görə, AES-lərin tam güclə fəaliyyətə qayıtması düşmən zərbələri nəticəsində zədələnmiş elektrik şəbəkələrinin mərhələli şəkildə bərpası ilə mümkün olacaq.

Nekrasov əlavə edib ki, hazırda ölkə ərazisinin tamamında fövqəladə elektrik kəsintiləri qrafikləri tətbiq olunur. Enerji sisteminin işi sabitləşdikdən sonra bu məhdudiyyətlər aradan qaldırılacaq.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
33
1
konkret.az

2Mənbələr