AZ

At ilində hansı məşhurlar doğulub?

Artıq 2025-ci ilin, ilan ilinin sonuna yaxınlaşdığımız bir dövrdə, Şərq təqviminə görə 2026-cı ildə başlayacaq at ilinə doğru addımlayırıq. Qarşıdan gələn bu ilin də fəallıq, dinamizm və yeni təşəbbüslərlə yadda qalacağı ehtimal olunur. Şərq (Çin) təqviminə görə at ili enerji, fəallıq, azadlıqsevərlik və liderlik xüsusiyyətləri ilə seçilir. Bu ildə doğulan insanların adətən cəsarətli, ünsiyyətcil, təşəbbüskar və müstəqil xarakterə malik olduqları bildirilir. Onlar sürətli düşünmə qabiliyyəti, yaradıcılıq potensialı və riskdən çəkinməyən davranışları ilə fərqlənirlər.

At ili hər 12 ildən bir təkrarlanır və Azərbaycan tarixində, mədəniyyətində, elmində və ictimai həyatında mühüm rol oynamış çoxsaylı tanınmış şəxslərin doğum ili məhz bu dövrlərə təsadüf edir.

Redaktor.az at ilində doğulan azərbaycanlı məşhurları təqdim edir.

1906-cı il (At ili)

Bu ildə Azərbaycan ədəbiyyatı və elminin görkəmli nümayəndələri dünyaya gəlib:

Səməd Vurğun – Xalq şairi

Süleyman Rüstəm – şair

Sara Aşurbəyli – tarixçi, şərqşünas

Əliövsət Sadıqov – müğənni

1918-ci il (At ili)

Milli mədəniyyət və ədəbiyyatın inkişafında mühüm rol oynamış şəxslər:

Qara Qarayev – dünya şöhrətli bəstəkar

Bayram Bayramov – yazıçı

İmran Qasımov – yazıçı

Gülxar Həsənova – aktrisa

1930-cu il (At ili)

İncəsənət və poeziyada iz qoymuş simalar:

Fikrət Sadiq – şair

Toğrul Nərimanbəyov – rəssam

Yaqub Məmmədov – xanəndə

Əlibaba Məmmədov – xanəndə

1942-ci il (At ili)

Müslüm Maqomayev – opera və estrada müğənnisi

1954-cü il (At ili)

Mədəniyyət və media sahəsində tanınmış şəxslər:

Baba Vəziroğlu – şair

Qulu Məhərrəmli – jurnalist

Siyavuş Kərimi – bəstəkar

Telli Pənahqızı – jurnalist

İsmayıl Ömərov – jurnalist

Firuzə İbadova – müğənni

1966-cı il (At ili)

Orxan Fikrətoğlu – yazıçı, jurnalist

Xumar Qədimova – müğənni

1978-ci il (At ili)

Namiq Abdullayev – Olimpiya çempionu, sərbəst güləşçi

Murad Dadaşov – şoumen

Nuriyyə NATİQQIZI

Seçilən
91
1
redaktor.az

2Mənbələr