AZ

Göyçayda qəza: “VAZ” və “Opel” toqquşdu VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 21-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Opel” markalı avtomobil, 10-ZV-137 dövlət nömrə nişanlı “VAZ-2107” markalı maşınla toqquşub. İlkin ehtimallara əsasən, qəzaya səbəb manevr qaydasının pozulması olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəzalı avtomobillər ərazidən kənarlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
53
avtosfer.az

1Mənbələr