Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“İkinci əl avtomobil bazarında qiymətlərin artmasının bir neçə əsas səbəbi var. Yeni avtomobillərin qiymətlərinin yüksəlməsi alıcıları ikinci əl bazara yönəldir, bu da tələb artımına səbəb olur”. Bunu Demokrat.az-a açıqlamasında avtomobil üzrə ekspert Elgiz Mehdiyev bildirib.O deyib ki, idxal xərclərinin və valyuta məzənnəsinin dəyişməsi bazara birbaşa təsir göstərir:“Pandemiya və sonrakı dövrdə logistika xərclərinin artması da avtomobil qiymətlərini yüksəldən amillərdən biridir. Digər tərəfdən, bəzi modellərin bazarda məhdud sayda olması da qiymətləri artırır. İstehsalçıların yeni avtomobil istehsalını məhdudlaşdırması və qlobal təchizat zəncirində problemlər ikinci əl bazara təzyiq göstərir. Həmçinin, kredit şərtlərinin dəyişməsi və faiz dərəcələrinin yüksəlməsi də alıcıları ikinci əl avtomobillərə yönəldir. Nəticədə tələb-təklif balansının dəyişməsi qiymətlərin artmasına səbəb olur. Ekspertlərin yekunu olaraq, bazarda qiymət artımı həm makroiqtisadi faktorlarla, həm də daxili bazar şəraiti ilə bağlıdır”.Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.