AZ

Sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyən obyektlərin siyahısı genişləndirilir

Bakı. Trend:

Sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyən obyektlərinsiyahısı genişləndiriləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin dekabrın 26-dakeçiriləcək plenar iclasının gündəliyində yer alan “Patenthaqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində özəksini tapıb.

Layihəyə əsasən, aşağıdakıları özündə saxlayan, əks etdirən vəya təqlid edən obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizəverilmir:

  • dövlət rəmzləri (bayraq, gerb), pul nişanları, onların adlarıvə tanınan hissələri;
  • beynəlxalq və hökumətlərarası təşkilatların qısaldılmış və yatam adları, onların bayraqları, gerbləri, digər rəmz və nişanları,habelə həmin rəmz və nişanların adları və tanınan hissələri;
  • təltiflər, rəsmi nişanlar, nəzarət damğaları, rəsmi işarələr,möhürlər, fərqlənmə nişanları, onların adları və tanınanhissələri;
  • istənilən dövlətin müvafiq səlahiyyətli orqanının (qurumunun)razılığı olmadan həmin dövlətə məxsus olan mədəni (o cümlədən etnikvə dini) irs obyektlərinin rəsmi adları, təsviri və ya onlarıntanınan hissələri.

Yuxarıda göstərilənlər istənilən dövlətin müvafiq səlahiyyətliorqanının (qurumunun), beynəlxalq və hökumətlərarası təşkilatınsəlahiyyətli orqanının razılığı olduğu təqdirdə, qorunmayan elementkimi sənaye nümunəsinə daxil edilə biləcək.

Seçilən
83
14
az.trend.az

10Mənbələr