AZ

Qreta Tunberq mitinq zamanı SAXLANILIB

Ajans.az xəbər verir ki,bu barədə Sky News məlumat yayıb. Məlumata görə, Tunberq aksiyada əlində “Mən Fələstin Hərəkatı Məhbuslarını Dəstəkləyirəm. Mən Soyqırıma Qarşıyam” yazılı banner tutub. Hərəkatın fəalları əvvəllər hərbi hava bazasına daxil olaraq iki yanacaqdoldurma təyyarəsinə zərər verdiklərinə görə Böyük Britaniyada qadağan olunublar. Nəşr qeyd edir ki, Fələstin Hərəkatına dəstək bannerinin nümayiş etdirilməsi 2000-ci il Terrorizm Qanununa zidd sayılır. Tunberqin saxlanma səbəbi və hadisə ilə bağlı əlavə detallara dair məlumatlar hələ açıqlanmayıb.

 

Seçilən
46
Ajans.az

1Mənbələr