Rusiya Venesueladakı diplomatlarının ailələrini təxliyə etməyə başlayıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Nəşr qeyd edir ki, “Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın artan təzyiqi və bölgədə gərginliyin artması fonunda vəziyyəti çox ciddi kimi qiymətləndirdiyi üçün cümə günü Karakasdan qadınlar və uşaqlar təxliyə edilib. Ağ Ev və Kreml hələlik bu məlumatla bağlı şərh verməyiblər”.
Əlavə edək ki, bir sıra nüfuzlu beynəlxalq media orqanları ABŞ-Venesuela hərbi münaqişəsinin ehtimalını yüksək qiymətləndirir.