Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza dekabrın 21-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Toyota Aqua” markalı avtomobil, 20-EU-529 dövlət nömrə nişanlı “VAZ-2106” markalı maşınla toqquşub. Şahidlərin iddiasına əsasən, “VAZ” yolda dayanarkən ara məsafəsini düzgün seçməyən “Toyota” sürücüsü onu vurub.
Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Qeyd edək ki, əraziyə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.