AZ

İstanbul Hava Limanı Avropanın lideridir



Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) 8-14 dekabr tarixləri arasında hava trafiki statistikasına görə, İstanbul Hava Limanı 1444 uçuşla Avropanın ən işlək hava limanı olub.

Newscenter.az trthaber-ə istinadən bildirir ki bununla İstanbul Hava Limanı London Hitrou və Paris Şarl De Qoll hava limanlarını geridə qoyub.

Statistikaya görə, eyni zamanda Türkiyə gündə orta hesabla 2756 uçuşla Avropada ən çox uçuşa malik ilk 10 ölkə arasında 6-cı yerdədir.

Sözügedən dövrdə Türkiyədə uçuşların sayı əvvəlki həftə ilə müqayisədə 2 faiz, 2024-cü illə müqayisədə 8 faiz və 2019-cu illə müqayisədə 29 faiz artıb. Hesabat dövründə Türk Hava Yolları (THY) gündə orta hesabla 1508 uçuşla Avropada ən çox uçuş həyata keçirən ilk 10 aviaşirkət arasında 3-cü yeri tutub. Pegasus Airlines də eyni dövrdə gündə orta hesabla 582 uçuşla Avropada ən çox uçuş həyata keçirən ilk 10 aviaşirkət arasında yer alıb.

Sabiha Gökçen Hava Limanı da ilk 10-luqda yer alıb.

Şeyda
Seçilən
49
newscenter.az

1Mənbələr