AZ

Bahar Muradova: İran və Mərakeşlə əməkdaşlıq üçün razılaşmalar əldə olunub

Bakı, 23 dekabr, Elmir Səftərov, AZƏRTAC

Konfrans çərçivəsində həm problemləri müzakirə etdik, həm də təcrübə mübadiləsi apardıq. Perspektivdə hansı sahələrdə əməkdaşlıq edə biləcəyimizi, hansı sənədlərin qəbul ediləcəyini və mövqelərin necə uzlaşdırılacağını danışdıq. İkitərəfli görüşlərdə qarşılıqlı səfərlərin və müvafiq sənədlərin imzalanmasının zəruriliyi vurğulandı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova söyləyib.

Konfransın yekun nəticəsi barədə danışan komitə sədri bildirib ki, hər kəs səylərini birləşdirməlidir. İlk razılaşmalar artıq əldə olunub. Məsələn, Mərakeş nümayəndəsi ilə görüşdə hər iki qurum rəhbəri öz işçi heyətinə ilkin anlaşma memorandumunu hazırlamaq üçün tapşırıq verib. Bu memorandum çərçivəsində uşaqların rəqəmsal dünyada zərərli təsirlərdən qorunması da öz əksini tapacaq. Eyni zamanda, İranla da gələcək əməkdaşlıq üçün ilkin razılaşmalar əldə olunub.

 

Seçilən
60
2
azertag.az

3Mənbələr