1-ci Liqanın 12-ci turunda lider "Şəfa" ev oyunlarını keçirdiyi Binə qəsəbə stadionunda nominal qonaq qismində MOİK-lə qarşılaşacaq.
Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmlinin Fanat.Az-a verdiyi məlumata görə, "Şəfa"nın 3 futbolçusu zədə səbəbindən "hərbçilər"lə görüşdə iştirak etməyəcək.
Bunlar Aqil Nəsibov, Əlirza Müştəbazadə və Urfan İsmayılovdur. Müəyyən zədəsi olan Pərviz Azadovun isə oynamaq ehtimalı var.
Qeyd edək ki, MOİK - "Şəfa" qarşılaşması dekabrın 25-də keçiriləcək. Matçın start fiti 14:00-da səsləndiriləcək.
Nihat