Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Böyük Britaniya hökuməti, fermerlərə vergi artımını çoxmüddətli etiraz aksiyalarının fonunda tənzimləyib.
Bizimyol.info xəbər verir ki, bu barədə Krallığın Ətraf Mühit, Qida və Kənd Təsərrüfatı İnkişafı Nazirliyinin açıqlamasında bildirilir.
Ötən ilin payızında açıqlanan əvvəlki planlara görə, dəyəri 1 milyon funt sterlinqdən (1,4 milyon ABŞ dolları) yuxarı olan fermaların sahibləri onların irsə verilməsi zamanı 20 faiz vergi ödəməli idilər. Lakin cəmiyyətin təzyiqi ilə Böyük Britaniya hökuməti bu həddi 2,5 milyon funt sterlinqə (3,4 milyon ABŞ dolları) qaldırıb. Yeni tənzimləmələr 2026-cı ilin aprelindən etibarən qüvvəyə minəcək. Hökumətin hesablamalarına görə, bu dəyişikliklərdən sonra vergi ödəyəcək fermaların sayı yarıya enəcək – 375-dən 185-ə düşəcək.
"Fermerlər bizim qida təhlükəsizliyimizin və ətraf mühitin qorunmasının təmin edilməsində mərkəzi rol oynayır. Mən onlarla işləmək və Britaniya kənd təsərrüfatı istehsalçılarına gələcəkdə gəlirli bir perspektiv təmin etmək niyyətindəyəm. Biz bütün ölkə üzrə fermerləri diqqətlə dinlədik. Biz adi ailə fermalarını qorumaq məqsədilə dəyişikliklər edirik", - deyə nazirliyin rəhbəri Emma Reynoldsun açıqlamasında deyilir.
Fermerlərin genişmiqyaslı etiraz aksiyaları artıq bir ildən çoxdur ki, Böyük Britaniyada keçirilir. Bu aksiyaların bəzilərində məşhur televiziya aparıcısı Ceri Klarkson da iştirak edib. O, həmçinin hökumət büdcəsindən narazı olan içki müəssisələrinin sahibləri tərəfindən başladılan "Leyborist üzvü olan deputatlardan imtina" adlı ümumxalq kampaniyasına qoşulub. Bu aksiyanın təşkilatçılarının bildirdiyinə görə, təxminən 1000 pub Leyborist Partiyasının deputatlarının ziyarətini qadağan edib. "The Guardian" qəzetinin verdiyi məlumata görə, fermerlər və pub sahiblərinin eyni vaxtda keçirilən etirazları, hökumətin vədlərinə baxmayaraq, iki il ardıcıl olaraq vergiləri artırması nəticəsində cəmiyyətin əhəmiyyətli hissəsinin hökumətə olan etibarını itirdiyini göstərir.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.