Oğuzda 2 mikroavtobus və minik avtomobilinin iştirakı ilə yol qəzası baş verib.
NOCOMMENT.az -ın bölgə müxbiri xəbər verir ki, yol-nəqliyyat hadisəsi Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuzun Sincan kəndi ərazisindən keçən hissəsində baş verib.
Şəki-Bakı xətti ilə hərəkət edən “Vito” markalı mikroavtobus, Oğuz-Filfilli marşrutu üzrə hərəkətdə olan digər mikroavtobus və minik avtomobili ilə toqquşub. Qəza zamanı avtomobillərə ciddi xəsarət dəyib.
Mikroavtobuslarda sərnişin olsa da xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.