AZ

Bolt və SUP.VC Demo Day ilə Akselerasiya Proqramını yekunlaşdırdı (FOTO)

“Bolt Akselerasiya” proqramı haqqında

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinindəstəyi,SUP.VC və Bolt-un birgə təşkilatçılığı ilə həyata keçirilənBolt Akselerasiya Proqramı sürücü və kuryerlərə yönəlmiş innovativhəllərin inkişafını dəstəkləyən xüsusi təşəbbüsdür. Proqram 8həftəlik təlim və 4 həftəlik intensiv mentorluq mərhələsi olmaqla,ümumilikdə 12 həftəlik inkişaf prosesini əhatə edib.

Bu müddət ərzində seçilmiş startaplar mentorluqdəstəyi, praktiki təlimlər, şəbəkələşmə imkanları və investorlarlabirbaşa əlaqə qurmaq imkanı əldə ediblər. Proqramın əsas məqsədimobil xidmətlər ekosistemində dayanıqlı, texnoloji və miqyaslanabilən biznes modellərinin formalaşmasına töhfə verməkdir.

Bolt Akselerasiya proqramı Bolt-un qlobal ‘‘UrbanFund’’ layihəsinin tərkib hissəsidir və sürücülər və kuryerləriniqtisadi potensialını inkişaf etdirməyə, yenilikçi bizneskonsepsiyalarına yardım göstərməyə həsr olunub. Bu təşəbbüsNigeriya, Keniya, Qana, Cənubi Afrika Respublikası və Avropaölkələrində müvəffəqiyyətlə tətbiq edilərək 30-dan artıq bizneslayihəsinin həyata keçirilməsində töhfə verib.

Demo Day-in qalib startapları

1-ci yer (10,000 AZN)

Abdulla Bəşiroğlu – Stride

https://tutor.stride.az/product-demo

2-ci yer (7,000 AZN)

Gülnar Kazımzadə – Çöldəki Dayəm

https://coldeki-dayem.labrin-account.workers.dev/

3-cü yer (4,500 AZN)

Mirhüseyn Cavadzadə – YEDDİ

https://foodrescue-demov2.netlify.app/

Şirin Allahyarov – Yelləncəklər

https://sites.google.com/view/yellencekler/ev

Etibar Əliyev – SƏS

https://sdm.lovable.app/

4-cü yer (3,000 AZN)

Vəfa Əsgərova – Lady Drive

https://lady-drive.labrin-account.workers.dev/

Vaqif Hüseynov – CityCars

https://citycar-pilot.lovable.app/auth

Startaplar haqqında

Stride – fərdi müəllimlər üçün dərs prosesini,ödənişləri və ünsiyyəti vahid platforma üzərindən idarə etməyəimkan verən ağıllı idarəetmə sistemidir.

Çöldəki Dayəm – uşaqlar üçün təhlükəsiz və etibarlıtaksi xidməti təqdim edən həllərdən biridir.

YEDDİ – kafe və restoranlarda gün sonu artıq qalanyeməklər üçün endirim imkanları yaradan platformadır.

Yelləncəklər – uşaq parklarını ağıllı, təhlükəsiz vərəqəmsal oyun məkanlarına çevirən texnoloji həlldir.

SƏS – məcburiyyət və qapalı şərait olmadan asılılıqlamübarizə aparan şəxslərin reabilitasiyasına dəstək göstərənplatformadır.

Lady Drive – qadınlar üçün nəzərdə tutulmuş xüsusitaksi xidməti təqdim edir.

CityCars – avtomobil parklarını müştərilərləbirləşdirən vahid rəqəmsal platformadır.

Gələcək perspektivlər

Bolt Akselerasiya Proqramı çərçivəsində keçirilən DemoDay yalnız yekun mərhələ deyil, eyni zamanda startaplar üçün yeniinkişaf imkanlarının başlanğıcıdır. Proqramı uğurla başa vurankomandalar üçün investisiya cəlbi, strateji tərəfdaşlıqlarınqurulması və yerli və beynəlxalq bazarlara çıxış istiqamətindəproseslər artıq formalaşmaqdadır.

SUP.VC və Bolt gələcək mərhələlərdə proqramınmiqyasının genişləndirilməsini, yeni kohortların keçirilməsini vəsürücü–kuryer yönümlü texnoloji həllərin daha geniş ekosisteməinteqrasiyasını hədəfləyir. Məqsəd mobil xidmətlər sahəsindəinnovativ startapların dayanıqlı inkişafını təmin etmək və regiondagüclü startap ekosisteminin formalaşmasına töhfə verməkdir.

Əlaqə:

Telefon: +994 50 123 45 67

Veb: www.sup.vc

Bolt
Bolt
Bolt
Bolt
Seçilən
43
2
az.trend.az

3Mənbələr