AZ

Çarli Çaplinin nəvəsi soyadını dəyişmək istəyibmiş

Ceyms Kemeronun "Avatar: Od və Kül" elmi-fantastik filminin ulduzu Una Çaplin məşhur soyadını dəyişmək istədiyini etiraf edib.

Bu barədə aktrisa "The Times" qəzetinə müsahibəsində danışıb.

Una babasının adı ilə tanınmaq istəmirmiş. Britaniyalı aktrisa deyir ki, Kral Dramatik İncəsənət Akademiyasını bitirdikdən sonra soyadının şöhrəti ona həm şans, həm də çətinlik yaradıb.

"Mən bu gözəl insanla bağlı olmasaydım, üzümə bu qədər qapı açılmayacaqdı. Amma bu dəqiqdir ki, olduğun yerə özünü layiq hiss etməmək, şübhəsiz ki, ağır hissdir", - deyə Una Çaplin söyləyib.

39 yaşlı U.Çaplin günahkarlıq hissi yaşadığını, eyni zamanda, babasına minnətdar olduğunu etiraf edib:

"Həqiqətən, çox çalışırdım, amma bilirdim ki, nə etsəm də, babamın gördüyü işlə heç vaxt müqayisəyə gəlməyəcək. Bu sahədəki bütün məqsədim insanların "Ah, Çarli Çaplinin nəvəsi" deməsi və axtarışa verib onun filmlərinə baxmasıdırsa, mən xoşbəxtəm, çünki o, dahidir".
Seçilən
83
7news.az

1Mənbələr