Monteneqro mətbuatında yer alan iddialara görə, Monteneqro hökuməti Türkiyə vətəndaşlarına vizasız giriş hüququnu yenidən tanıyıb, lakin ölkədə qalma müddətini 90 gündən 30 günə endirib.
"Cebheinfo.az" xəbər verir ki, Monteneqro, Türkiyə vətəndaşları üçün vizasız səyahət rejimini yenidən qüvvəyə mindirib, lakin yeni qaydalara əsasən vizasız qalma müddəti 90 gündən 30 günə salınıb.
Monteneqro hökumətinin verdiyi açıqlamada, bu qərarın qeyri-qanuni miqrasiyaya qarşı mübarizə və Avropa İttifaqının viza siyasəti ilə uyğunlaşma məqsədi daşıdığı bildirilib.
Bu çərçivədə Türkiyə ilə təhlükəsizlik və miqrasiya sahəsində əməkdaşlığın gücləndirildiyi və nəzarətlərin artırıldığı qeyd olunub.
Yeni tənzimləməyə əsasən, Türkiyə vətəndaşları Monteneqroda maksimum 30 gün vizasız qala biləcəklər. Rəsmilər, təhlükəsizlik baxımından risk yaranacağı təqdirdə viza rejiminin yenidən tətbiq oluna biləcəyini də vurğulayıblar.
Hökumət, bu qərarın Monteneqronun Aİ-yə inteqrasiya prosesi çərçivəsində həyata keçirilən daha geniş viza və miqrasiya siyasətinin bir hissəsi olduğunu bildirib.
Qarşıdakı dövrdə Avropa İttifaqı ilə tam uyğunluğun təmin olunması üçün işlərin davam etdiriləcəyi qeyd olunub.