AZ

Tərtər Rayon İcra Hakimiyyətində növbəti aparat müşavirəsi keçirilib

Rayon rəhbəri tərəfindən müvafiq işlərin vaxtında icrasını təmin etmək məqsədilə aidiyyəti şəxslərə tapşırıq və tövsiyələr verilib...

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə “Rayon icra hakimiyyəti orqanlarının strukturlarının və ştat vahidlərinin Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş yeni nümunəvi struktura və ştat vahidlərinə uyğunlaşdırılması” ilə bağlı növbəti aparat müşavirəsi keçirilib.

Rayon rəhbəri tərəfindən müvafiq işlərin vaxtında icrasını təmin etmək məqsədilə aidiyyəti şəxslərə tapşırıq və tövsiyələr verilib.

Müşavirədə həmçinin “Konstitusiya və Suverenlik ili” ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planının icrasının təmin olunması, vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin tələblərinə uyğun operativ baxılması və vətəndaş məmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin problemlərinin və sosial qayğılarının öyrənilib həlli istiqamətində tədbirlərin görülməsi, DNİS üzrə tapşırıqların icra vəziyyəti, bələdiyyələr tərəfindən vergilərin yığılması, əhali arasında daşınmaz əmlakların sığortalanması üçün maarifləndirmə işlərinin aparılması, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, yerlərdə səyyar qəbulların təşkili, rayon ərazisində aparılan tikinti işlərinin mövcud qanunvericiliyə və şəhərsalma-arxitektura tələblərinə uyğunluğu məsələləri müzakirə olunub.

Həmçinin 01.06.2023-cü il tarixinədək inşa edilmiş, lakin istismara icazə aktı almayan qeyri-yaşayış təyinatlı obyektlərin sahiblərinin müəyyənləşdirilməsi və onlara bildirişlərin təqdim olunması, əkin sahələrinin suvarılmasında növbəliliyin təmin olunması, aqrar sahədə mövsümi işlər, taxıl səpininin vəziyyəti, əkinlərin bəyan olunmasının sürətləndirilməsi, Tərtər şəhəri və bütün yaşayış məntəqələrində yolkənarı ərazilərin təmizlik-abadlıq işləri, şəhid ailələrinin ziyarət olunması və sosial problemlərinin həllinə köməklik, yas mərasimlərində ehsanın sadələşdirilməsi ilə bağlı vətəndaşlarla maarifləndirici söhbətlərin aparılması və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni təqvim ilinin başlanması münasibəti ilə keçiriləcək ümumrayon tədbirinin təşkili məsələləri müzakirə olunub.

Rayon rəhbəri müzakirə olunan məsələlərlə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

Poliqon.info

Seçilən
43
poliqon.info

1Mənbələr