Bakı. Trend:
Avropa İnvestisiya Bankı (EIB) “EIB Global” vasitəsilə Avropaİttifaqının prioritetlərinə və “Global Gateway” strategiyası, eləcədə Aİ-nin Qara dəniz regionuna dair yeni Strateji Yanaşmasıçərçivəsində ölkənin əlaqəlilik sahəsində məqsədlərinə uyğun olduğutəqdirdə, Azərbaycanda infrastruktur və logistika layihələrininmaliyyələşdirilməsinə açıqdır.
Bu barədə Trend-ə EIB-in Cənubi Qafqaz üzrə RegionalNümayəndəliyinin (Tbilisi) rəhbəri Stella Renita bildirib.
Azərbaycan Orta Dəhlizin mühüm həlqəsidir
Rəhbərin sözlərinə görə, Azərbaycan Orta Dəhliz boyunca mühümrol oynayır, çünki o həm genişləndirilmiş Trans-Avropa NəqliyyatŞəbəkəsinə (TEN-T) daxildir, həm də Transxəzər nəqliyyat dəhlizininbir hissəsidir.
“Dəmir yolu, liman və avtomobil infrastrukturlarının daha sıxinteqrasiyası üçün əhəmiyyətli potensial mövcuddur ki, bu daMərkəzi Asiya ilə Avropa arasında əlaqələrin yaxşılaşdırılmasına,tranzit vaxtının azaldılmasına və daha şaxələndirilmiş ticarətmarşrutlarının dəstəklənməsinə imkan verəcək.
EIB artıq Orta Dəhlizin əsas hissəsi olan Bakı–Böyük Kəsik dəmiryolu dəhlizi üzrə təhlükəsizliyin artırılmasına dair məsləhətdəstəyi göstərməklə bu prosesdə iştirak edir. Bu işlər Avropaİttifaqı tərəfindən maliyyələşdirilən və EIB tərəfindən idarəolunan Şərq Tərəfdaşlığının Əlaqəlilik üzrə İnvestisiya Mexanizmi(Facility for Eastern Partnership Investment in Connectivity)çərçivəsində həyata keçirilib. Sözügedən tapşırığın icrasıəməliyyat təhlükəsizliyinin artırılması, səyahət vaxtının vəemissiyaların azaldılması, eləcə də Aİ-nin ekoloji və texnikistandartlarına uyğunluğun təmin edilməsi hesabına layihələrinhazırlanmasına töhfə verib”, – deyə o qeyd edib.
EIB Orta Dəhlizə özəl investisiyaların cəlb edilməsimexanizmləri barədə
S. Renita vurğulayıb ki, özəl investisiyaların cəlb edilməsiAİ-nin “Global Gateway” yanaşmasının əsas məqsədlərindənbiridir.
Onun sözlərinə görə, bu kontekstdə EIB uyğun şərtlər mövcudolduqda, əlaqəlilik sahəsində strateji əhəmiyyətli layihələrə özəlkapitalın səfərbər edilməsi üçün geniş maliyyə alətlərindənistifadə edə bilər.
“Bu alətlərə uzunmüddətli kreditlər, layihə maliyyələşdirilməsistrukturları, habelə Aİ-nin (2021–2027-ci illər üçün əsas xaricimaliyyə aləti olan )“NDICI–Global Europe” proqramı çərçivəsindəbüdcə zəmanətləri ilə təmin edilən qarışıq maliyyələşdirmə (blendedfinance) və risklərin bölüşdürülməsi üzrə həllər daxildir. Bualətlər risklərin azaldılmasına, layihələrin investisiyacəlbediciliyinin artırılmasına və onların bank uyğunluğununyaxşılaşdırılmasına yönəlib, bununla da infrastrukturinvestisiyalarını özəl investorlar üçün daha cəlbedici edir”, –deyə o əlavə edib.
EIB Azərbaycan üzərindən multimodal marşrutlarıngenişləndirilməsi potensialını görür
Rəhbər bildirib ki, Azərbaycan şərq–qərb marşrutları üzrə əsastranzit qovşağa çevrilmək və Aİ-nin əlaqəlilik sahəsindəprioritetlərinə uyğun olaraq Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyaarasında daha güclü multimodal əlaqələrin inkişafına töhfə verməkpotensialına malikdir.
“EIB baxımından əsas diqqət dəmir yolları, limanlar və avtomobilyolları kimi müxtəlif nəqliyyat növləri arasında qarşılıqlı əlaqəniyaxşılaşdıran, eyni zamanda onların səmərəliliyini,təhlükəsizliyini və dayanıqlığını artıran investisiyalarayönəldilir. Aşağı karbonlu nəqliyyatı, regional inteqrasiyanı vəAvropa texniki, ekoloji və əməliyyat standartlarına uyğunluğudəstəkləyən layihələrə xüsusi əhəmiyyət verilir ki, bu da Avropayavə Avropadan davamlı ticarət axınlarının təmin edilməsinə töhfəverir”, – deyə o qeyd edib.
EIB Orta Dəhlizin səmərəliliyinin artırılması üçünrəqəmsallaşmanı dəstəkləyir
Stella Renita xüsusilə vurğulayıb ki, rəqəmsallaşma Aİ-nin“Global Gateway” strategiyasının əsas prioritetlərindən biridir vəfiziki infrastrukturun mühüm tamamlayıcısıdır.
“EIB nəqliyyat və logistika sahəsində rəqəmsal həllərintətbiqini dəstəkləyir. Buraya intellektual nəqliyyat sistemləri,yükdaşımalar üçün rəqəmsal həllər, liman informasiya sistemləri,eləcə də məlumatların şəffaflığını, izlənə bilənliyini və sərhədprosedurlarının səmərəliliyini artıran alətlər daxildir.
Orta Dəhliz kimi dəhlizlər boyunca rəqəmsal həllər darboğazların aradan qaldırılmasında, idarəetmənin gücləndirilməsindəvə dəhlizin ümumi səmərəliliyinin artırılmasında mühüm rol oynayabilər. EIB-in bu sahədə istənilən iştirakı Aİ-nin rəqəmsal vəidarəetmə standartlarına tam uyğun olacaq və milli dövlətqurumları, Avropa Komissiyası və digər müvafiq maraqlı tərəflərləsıx əməkdaşlıq şəraitində həyata keçiriləcək”, – deyə oyekunlaşdırıb.