AZ

Azərbaycanda bu tikinti materialının istifadəsi QADAĞAN EDİLƏCƏK

Azərbaycanda asbestin istifadəsi qadağan ediləcək.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin dekabrın 26-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən"Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, uzun illər ərzində sənayenin bir çox sahələrində, eləcə də tikintidə geniş istifadə olunan asbest insan sağlamlığı üçün ciddi təhlükə yaradır.

Qəbul ediləcəyi təqdirdə, qanunun 2027-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Bizim.Media

Seçilən
74
bizim.media

1Mənbələr