18 sentyabr 2025-ci il tarixdə İctimai Televiziya və Radio vasitəsi ilə Qənimət Zahidov 20 oktyabr 2025-ci il tarixdə istintaqa dəvət olunub, lakin istintaqa gəlməyib. Cinayət Prosessual Məcəlləsinin 467-13.6 və 467-13.7-ci maddələrinə əsasən təqsirləndirilən Qənimət Zahidov barəsində Binəqədi Rayon Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli qərarı ilə qiyabi icraat açılıb və müdafiəçi ilə təmin edilib. İş üzrə toplanmış sübutların məcmusuna əsasən 18 sentyabr 2025-ci il tarixdə Qənimət Zahidova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi üzrə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib, lakin Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan etmək mümkün olmayıb. İttihama görə, Qənimət Zahidov 4 iyul və 15 iyul 2018-ci il tarixlərində “Youtube” platformasında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqini təşviq edən açıq çağırışlar yayıb.
Cinayət işi üzrə ibtidai istintaq noyabrın 17-də tamamlanıb.