AZ

Tokayev Trampı Qazaxıstana səfərə dəvət edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ABŞ prezidenti Donald Trampı onun üçün münasib olan vaxtda Qazaxıstana rəsmi səfər etməyə dəvət edib...

Poliqon xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

Məlumata görə, iki ölkə lideri arasında telefon danışığı baş tutub. Danışıq zamanı tərəflər ikitərəfli gündəliyin əsas məsələləri və beynəlxalq vəziyyət, o cümlədən Ukrayna münaqişəsi ətrafında fikir mübadiləsi aparıblar. Tokayev noyabr ayında Vaşinqtona etdiyi səfər zamanı əldə olunmuş razılaşmaların icrasına hazır olduğunu təsdiqləyib.

Qazaxıstan prezidenti Ukraynadakı böhranın tənzimlənməsinin mürəkkəb xarakter daşıdığını vurğulayıb, ərazi məsələsinin hər iki tərəfdən kompromislər və mövcud vəziyyətin real şərtlərinin nəzərə alınmasını tələb etdiyini bildirib. O, bütün cəlb olunmuş tərəfləri sülhə nail olmaq üçün səbirli, çevik və peşəkar davranmağa çağırıb.

Tokayev qeyd edib ki, Qazaxıstan vasitəçi rolunda çıxış etmir, lakin zərurət yaranacağı təqdirdə xoş niyyət prinsipi əsasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır. Prezident, həmçinin Donald Trampın beynəlxalq hərbi münaqişələrin başa çatdırılmasına və ABŞ-nin daxili potensialının gücləndirilməsinə imkan verən liderlik keyfiyyətlərini xüsusi vurğulayıb.

Kasım-Jomart Tokayevin sözlərinə görə, Donald Trampın Qazaxıstana mümkün səfəri ölkə üçün tarixi hadisə olacaq və iki dövlət arasında münasibətlərin inkişafına əlavə təkan verəcək.

Poliqon.info

Seçilən
64
6
poliqon.info

9Mənbələr