AZ

Milli Qəhrəman Ələkbər Əliyevin anadan olması ilə bağlı tədbir keçirilib

Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Milli Qəhrəman Ələkbər Əliyevin anadan olmasinin 70 illiyi münasibətilə Nizami Kino Mərkəzində tədbir keçirilib.

XXXXX əbər verir ki, Qubadlı və Xətai rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri, məktəblilər iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Şəhidin xidmət yoldaşları döyüş yolundan, ehtiyatda olan general- leytenant Yaşar Aydəmirov ailə üzvləri onunla bağlı xatirələrini bölüşüb, qısa film nümayiş olunub, məktəblilər tərəfindən hazırlanmış səhnəciklər göstərilib.

Milli Qəhrəman Milli Qəhrəman Əliyev Ələkbər Həsən oğlu 22 dekabr 1955-ci ildə Qubadlı rayonunun İşıqlı kəndində anadan olub. 1972-ci ildə Muradxanlı kənd orta məktəbini bitirib, Sumqayıt Politexnik Texnikumuna daxil olub. Təhsilini başa vurduqdan sonra hərbi xidmətə gedib. O, Vətənə döndükdən sonra Qubadlı rayon Kimya Birliyində çalışır. 

Ermənilərin Azərbaycan torpaqlarına təcavüzə başladığı dövrdə Ələkbər özünümüdafiə dəstəsi yaradır və torpağın müadafiəsinə qalxıb. Türklər, Səfiyan, Suarası kəndlərində gedən döyüşlərdə onlarla erməni yaraqlısını məhv edib. 7 avqust 1992-ci il tarixdə Ələkbər Əliyev öz dəstəsi ilə köməyə gedir. Burada mühasirəyə düşür. Cəsur döyüşçü burada gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub. Bakının Şəhidlər xiyabanında dəfn edilib. Evli idi. Dörd övladı yadigar qalıb.

 Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Ələkbər Həsən oğlu Əliyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. 

Xətai rayonundakı 204 saylı orta məktəb onun adını daşıyır. 

1972-ci ildə Muradxanlı kənd orta məktəbini

bitirib, Sumqayıt Politexnik Texnikumuna daxil

olmuşdur. Təhsilini başa vurduqdan sonra iki il Sovet

Ordusu sıralarında xidmət etmişdir. O, Vətənə

döndükdən sonra Qubadlı rayon Kimya Birliyində

çalışır. Bir müddət sonra doğulduğu kəndə qayıdır və

kənd camaatının istəyi ilə sovxoz direktorunun müavini

vəzifəsinə təyin edilir. Ermənilərin Azərbaycan

torpaqlarına təcavüzə başladığı dövrdə Ələkbər

özünümüdafiə dəstəsi yaradaraq doğma torpağın

müadafiəsinə qalxdı. O, döyüşlərdə əsl qəhrəman kimi

vuruşurdu. İgid döyüşçü Türklər, Səfiyan, Suarası

kəndlərində gedən döyüşlərdə onlarla erməni yaraqlısını

məhv etmişdi. Laçın rayonunun Suarası kəndində ağır

ölüm-dirim döyüşləri gedirdi. 7 avqust 1992-ci il tarixdə Ələkbər Əliyev öz dəstəsi ilə həmin

kəndə köməyə gedir. Burada mühasirəyə düşürlər. O, öz əsgərlərini xilas etmək üçün əlbəyaxa

döyüşə girir. Neçə-neçə erməni quldurunu məhv edən cəsur döyüşçü qəhrəmanlıqla həlak olur.

Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir. Evli idi. Dörd övladı yadigar qalıb. Azərbaycan

Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Ələkbər Həsən oğlu

Əliyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Xətai rayonundakı

204 saylı orta məktəb 1994-cü ildən onun adını daşıyır.

Seçilən
47
herbiand.az

1Mənbələr