Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük çərçivəsində bir sıra üzv dövlətlərlə mallar və xidmətlər üzrə ikitərəfli danışıqlar aparılır və danışıqların yekunlaşdığı ölkələrlə müvafiq protokollar imzalanır.
Azərbaycanın ÜTT-yə üzvlüyü prosesi çərçivəsində Honduras Respublikası ilə mallar üzrə aparılan ikitərəfli danışıqların yekunlaşdırılması ilə bağlı dekabrın 23-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərində ikitərəfli protokol imzalanıb.