Bakı.Trend:
Estoniyanın Energetika və Ətraf Mühit nazirliyi Ukraynanınenerji infrastrukturunun bərpasına 2 milyon avro ayıracaq.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə qurumun rəhbəri Andres Suttbəyanat səsləndirib.
“Estoniyanın Ukraynaya dəstəyi davamlı və uzunmüddətlidir.Ukraynada enerji bugün sadəcə iqtisadiyyatın bir sahəsi deyil, ohəmdə sağqalma məsələsidir. Biz bununla hələ fonda öz tövfələriniverməmiş ölkələrə nümunə olmaq istəyirik, çünki biz Ukraynanınenerji infrastrukturuna dəstəkdə ümumi cavabdehlik daşıyırıq”, -bəyanatda deyilir.
Məlumata görə, Tallinn tərəfindən ayrılan məbləğ Ukraynanınenerji müəssisələrinin təxirəsalınmaz ehtiyaclarının ödənilməsinəkömək edəcək. Buraya ehtiyat hissələrinin, generatorların vəyanacağın alınması, həmçinin qəza-bərpa təmir işlərinin aparılmasıdaxildir.